Ermənistanda kilsənin torpaq sahələrinə mülkiyyət hüququ alına bilər

ermenistanda-kilsenin-torpaq-sahelerine-mulkiyyet-huququ-alina-biler
Oxunma sayı: 232

Ermənistan hökuməti kilsənin torpaq sahələrinə mülkiyyət hüququnu ləğv etmək niyyətindədir.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu, Torpaq Məcəlləsinə təklif edilən düzəlişlərdə öz əksini tapıb.

Düzəlişlər Eçmiədzindən kilsə torpaqlarının mülkiyyət hüququnun alınmasını nəzərdə tutur. Bununla belə, qanun layihəsinə əsasən, kilsənin torpaq sahələrindən pulsuz istifadə hüququ saxlanılır.

Layihə parlamentin sabahkı iclasının gündəliyinə daxil edilib.

Xatırladaq ki, bu ilin yayından başlayaraq Paşinyan (Ermənistan Baş naziri Nikol Paşinyan - red.) hökuməti və kilsə arasındakı anlaşılmazlıqlar fonunda bir sıra din xadimləri hakimiyyəti zorla ələ keçirmə ittihamları ilə həbs ediliblər. Onu da bildirək ki, iyunda bütün ermənilərin katolikosu II Qareginin iqamətgahında dövlət çevrilişində ittiham olunan arxiyepiskop Mikael Adjapaxyanın saxlanılması üzrə də əməliyyat keçirilmişdi.