Heydərabad stansiyasından 14 km şimal-şərqdə, Ermənistan ərazisində zəlzələ qeydə alınıb.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı bununla bağlı Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla saat 09:57-də qeydə alınan zəlzələnin maqnitudası 3,2 təşkil edib.
Yeraltı təkanların ocağı 3 kilometr dərinlikdə yerləşib.
Qeyd olunub ki, zəlzələ Naxçıvanın Heydərabad rayonunda 3 bala qədər hiss olunub.
Son xəbərlər
Son Xəbərlər