“Ermənistanın heç vaxt belə bir niyyəti olmayıb” - Zaxarovaya cavab

ermenistanin-hec-vaxt-bele-bir-niyyeti-olmayib
Oxunma sayı: 1285

“Ermənistanın Rusiya ilə viza rejimi tətbiq etmək niyyəti heç vaxt olmayıb və yoxdur”.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan brifinqdə danışıb.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarovanın məsələ ilə bağlı açıqlamasını şərh edən Paşinyan bildirib ki, Ermənistan tərəfindən rusiyalılar üçün viza rejiminin tətbiq edilməsi Moskvaya deyil, İrəvanın özünə qarşı atılmış addım olardı.

O vurğulayıb ki, Ermənistanın heç vaxt belə bir ideyası olmayıb.