Ermənistanın müdafiə naziri istefaya göndərildi - Yeni təyinat + Yenilənib

ermenistanin-mudafie-naziri-istefaya-gonderildi
Oxunma sayı: 3540

Ermənistan mediasında ölkənin müdafiə naziri Arşak Karapetyanın vəzifəsindən kənarlaşdırılacağı ilə bağlı məlumat yayılıb.

“Qafqazinfo” “Baqramyan26” teleqram kanalına istinadən xəbər verir ki, Karapetyan Baş nazir Nikol Paşinyanın qərarı ilə istefaya göndəriləcək.

Qeyd olunur ki, bu vəzifəyə Baş nazirin müavini Suren Papikyan təyin olunacaq.

***

Ermənistan Prezidenti Armen Sarkisyan Nikol Paşinyanın təklifi əsasında Arşak Karapetyanı vəzifəsindən azad edib. Güman edildiyi kimi, Suren Papikyan ölkənin yeni müdafiə naziri təyin olunub. 

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra artıq dördüncü dəfədir ki, ölkədə müdafiə naziri dəyişir. Sözügedən vəzifəyə isə ardıcıl olaraq David Tonoyan (2018-2020), Vaqarşak Arutyunyan (2020-ci ilin noyabrından - 2021-ci ilin iyul ayına qədər) və Arşak Karapetyan (2021-ci ilin avqust ayından noyabrına qədər) təyin olunub.

Fotoda: Suren Papikyan