Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Əmrahov İmran Rahim oğlu tibb müəssisəsində kəskin ürək-damar tənəffüs çatışmazlığından vəfat edib.
“Qafqazinfo”nun məlumatına görə, əsgərin nəşi axşam saatlarında Binəqədi rayonu Biləcəri qəsəbəsində yaşayan ailəsinə təhvil verilib.
Hazırda evdə mərhumla vida mərasimi keçirilir.
***
Əsgərlə vida mərasimi başa çatıb. İmran Əmrahov Köhnə Biləcəri qəbiristanlığında torpağa tapşırılıb.
Mərasimdə Müdafiə Nazirliyinin əməkdaşları, mərhum əsgərin yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Fotolar: Pərvin Zeynal