Etirazçılar İsakovu da həbsdən azad etdi

etirazcilar-isakovu-da-hebsden-azad-etdi
Oxunma sayı: 7118

Qırğızıstanda parlament seçkilərinin nəticələri ilə razılaşmayan etiraz aksiyasının iştirakçıları ölkənin keçmiş Baş Naziri Sapar İsakovu koloniyadan azad ediblər. “Qafqazinfo” bildirir ki, bu barədə “24.kg” informasiya agentliyi xəbər verib.

Məlumatda deyilir ki, 2017-2018-ci illərdə hökumətə rəhbərlik edən İsakov Moldovanovka kəndindəki koloniyadan azad edilib.

Bu ilin iyununda keçmiş Baş Nazir Bişkekdə Tarix muzeyinin və Çolpon-Atada ippodromun yenidən qurulmasında korrupsiyada təqsirli bilinmişdi. O, həmçinin 2019-cu ilin dekabr ayında Bişkekdə İES-in yenidən qurulmasında korrupsiyada təqsirli bilinmişdi. İsakov bu vəzifədən parlamentin qərarı ilə azad edilmişdi. Nazirlər Kabinetinin keçmiş başçısı bir cinayət işi üzrə 18 il, digəri üzrə isə 15 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Daha əvvəl Qırğızıstanın eks-prezidenti Almazbek Atambayev də etirazçılar tərəfindən həbsxanadan azad edilib