“EuroHome”da mağaza sahibini öldürənlər öz qohumları olub

eurohomeda-magaza-sahibini-oldurenler-oz-qohumlari-olub
Oxunma sayı: 6886

Bakı-Sumqayıt yolunda yerləşən "Eurohome" mağazasındakı qətli törədənlər saxlanılıb.

"Qafqazinfo" xəbər verir ki, dünən ticarət mərkəzində kombi satışı ilə məşğul olan 1983-cü il təvəllüdlü Şəmşiddin Quliyevin iş yerində çoxsaylı bıçaq xəsarətləri yetirilərək  öldürülməsi barədə Binəqədi rayon prokurorluğuna məlumat daxil olub.

Xəbəri rus dilində oxuyun: Владельца магазина в “EuroHome” убили его родственники

Araşdırmalarla cinayətin zərərçəkmişin qohumları Vüsal Yusibov və qardaşı Rafayıl Yusibov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb. Vüsal və Rafayıl Yusibovlar şübhəli şəxs qismində tutulub, istintaq davam edir.