Evində ehtiyatsızlıqdan yanan 37 yaşlı kişi öldü

evinde-ehtiyatsizliqdan-yanan-37-yasli-kisi-oldu
Oxunma sayı: 667

Bakıda 37 yaşlı kişi bədbəxt hadisənin qurbanı olub.

“Qafqazinfo” xəbər verir ki, hadisə fevralın 10-u saat 23 radələrində Xəzər rayonu Atçılıq yaşayış massivində baş verib.

1989-cu il təvəllüdlü Əfsun Camal oğlu Xanlarov tək yaşadığı nömrəsiz fərdi evdə ehtiyatsızlıqdan aldığı yanıq xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.