Evtanaziya vasitəsilə həyatına son qoyacaq

evtanaziya-vasitesile-heyatina-son-qoyacaq
Oxunma sayı: 6287

86 yaşlı əfsanəvi fransız aktyor Alen Delon evtanaziya etmək qərarına gəlib.

Bu barədə “Qafqazinfo” “Le Point” nəşrinə istinadən xəbər verir.

O hesab edir ki, insanın harada və nə vaxt öləcəyini seçməyə haqqı var.

“Müəyyən yaşdan sonra xəstəxanalar, iynələr və digər şeylərdən qaçmaq üçün sakit şəkildə ölməyə haqqımız var”, - nəşr hazırda İsveçrədə yaşayan aktyorun sözlərini sitat gətirir. Sözügedən ölkədə evtanaziya qanunidir və ondan istifadəyə icazə verilir.

Qeyd olunur ki, Alen Delon kömək üçün oğlu Entoniyə müraciət edib. O hesab edir ki, oğlu evtanaziyanın icra olunması üçün sənədlərin hazırlanması ilə məşğul olmalıdır.  

Aktyorun bu addımı nə vaxt atacağı məlum deyil. Xatırladaq ki, 2019-cu ildə A. Delon iki dəfə insult keçirib.