Fələstinin müraciətinə “yox” deyəcəklər

felestinin-muracietine-yox-deyecekler
Oxunma sayı: 1416

ABŞ Dövlət Departamenti Fələstinin BMT-yə tam üzvlüyünü nəzərdə tutan qətnamə layihəsinə “yox” deyəcəklərini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patel keçirdiyi brifinqində məlumat verib:

“İnanırıq ki, Fələstinin dövlətçiliyinin ən sürətli inkişaf yolu ABŞ-nin dəstəyi ilə İsrail və Fələstin rəhbərliyi arasında birbaşa danışıqlardan keçir”.

Qeyd edək ki, Fələstin 2011-ci ildə BMT-yə tam üzv olmaq üçün müraciət edib, lakin BMT Təhlükəsizlik Şurasında lazımi dəstəyi ala bilməyib. 2012-ci ildə isə müşahidəçi statusu alıb.

Fələstinin BMT-dəki daimi nümayəndəsi Riyad Mənsur aprelin 2-də verdiyi bəyanatda BMT-nin Baş katibi Antonio Quterreşə məktub göndərərək, üzvlük müraciətlərinə yenidən baxılmasını istəyib.