Konfrans Liqasında yarımfinala vəsiqə qazanan son komanda məlum olub.
“Qafqazinfo” xəbər verir ki, "Fənərbaxça" İstanbulda "Olimpiakos"la üz-üzə gəlib.
Belə ki, "Sarı-lacivərdilər" əsas və əlavə vaxtda 1:0 üstün olduğu üçün penaltilər seriyası oynanılıb. Burada isə daha dəqiq oynayan yunanlar (3:2) adını yarımfinala yazdırıblar.
"Olimpiakos" 1/2 finalda İngiltərənin "Aston Villa" komandası ilə qarşılaşacaq.
Yarımfinalın digər görüşündə isə "Brügge" (Belçika) - "Fiorentina" (İtaliya) üz-üzə gələcək.