FHN-in əməkdaşı dünya çempionatında bürünc medal qazandı - Foto

fhn-in-emekdasi-dunya-cempionatinda-burunc-medal-qazandi
Oxunma sayı: 1118

Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində cüdo idman növü üzrə veteran idmançılar arasında dünya çempionatı keçirilib.

Bu barədə “Qafqazinfo”ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, ölkəmizi 81 kq çəki dərəcəsində FHN Dövlət Yanğından Mühafizə Xidmətinin əməkaşı Zülfüqar Hüseynov təmsil edib. O, dünya çemrionatında uğurlu çıxış edərək bürünc medal qazanıb.

Xatırladaq ki, Z.Hüseynov bu il Sloveniyanın Podçetrtek şəhərində keçirilmiş Avropa çempionatının qalibi olub.