FHN xilasetmə görüntülərini yaydı - Video

fhn-xilasetme-goruntulerini-yaydi-video
Oxunma sayı: 11538

Dövlət Neft Şirkətində "Günəşli" yatağında baş verən yanğınla əlaqədar mətbuat konfransı keçirilib.

“Qafqazinfo”nun konfransda olan əməkdaşının məlumatına görə, fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev deyib ki, dekabrın 4-ü və 5-də xilasetmə istiqamətində əməliyyatlar aparılıb:

“Həmin platforma sahildən 110 km uzaqda yerləşir. Dekabrın 4-də bizim "Vixr" gəmimizin özülə yaxınlaşması mümkün olmadı. Küləyin sürəti 144 km/saat idi. Biz qərara gəldik ki, xilasetməni səhər davam etdirək. Amma dekabrın 5-də yanğının istiliyi və külək veryolyotların həmi platformaya düşməsinə imkan vermədi. Buna görə helilopterlər qonşu platformalara düşdülər. Gəmi ilə həmin platformaya yaxınlaşıb altdan deşdik. Sonra həmin qayıqdakı şəxsləri xilas etdik. Onların sonrakı talelərini də özünüz bilirsiniz. Biz xilasetmə zamanı qeydə alınan videogörüntüləri də sizə göstərəcəyik”.

***

Mətbuat konfransında xilasetmə görüntüləri yayımlanıb. Videonun keyfiyyətinin aşağı olması onun birbaşa proyektdən çəkilməsi ilə bağlıdır. Daha keyfiyyətli videonun mətbuata ötürüləcəyi gözlənilir.

Murad Əhməd