Fransa höküməti Korsikaya əlavə qüvvələr göndərdi - Canlı bağlantı

fransa-hokumeti-korsikaya-elave-quvveler-gonderdi
Oxunma sayı: 2086

Fransa hökuməti Korsikada baş verə biləcək aksiyadan ehtiyatlanaraq, adaya əlavə qüvvələr göndərir.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı “Haber Global” məlumat yayıb.

Bildirilib ki, sabah Korsikada Fransanın siyasətinə etiraz olaraq növbəti aksiya keçiriləcək.

Parisin “Şarl de Qoll” adına hava limanında çəkilən foto buna əsas kimi götürülüb.

Sözügedən şəkildə xüsusi xidmət orqanlarının əməkdaşlarının təcili adaya  göndərildiyi qeyd olunub.

Qeyd edək ki, sabah “Nazione” hərəkatının liderlərindən birinin bir neçə il öncə həbsdə ona olan hücum nəticəsində ölümünün ildönümünə həsr edilən iclas keçiriləcək, ardınca isə etiraz aksiyasının həyata keçirilməsi gözlənilir.

***

Əldə etdiyimiz məlumata görə, Korsikada hava limanında pasport yoxlanışı tətbiq edilir. Qeyd edək ki, əvvəl belə yoxlanışlar olmayıb.