Fransada etiraz aksiyası

fransada-etiraz-aksiyasi
Oxunma sayı: 1154

Fransanın Nitsa şəhərində istirahət günlərində karantinin tətbiqinə etiraz olaraq 400-ə yaxın insanın iştirakı ilə aksiya keçirilib.

“Qafqazinfo” bildirir ki, bu barədə “BFM” telekanalı xəbər verib.

Onun məlumatına görə, məhkəmənin yaxınlığındakı meydana toplaşan nümayişçilərin bir çoxu maska taxmayıb. Telekanal qeyd edir ki, aksiyanı “Vətənpərvərlər” assosiyasiyası təşkil edib. Onun nümayəndələri istirahət günlərində karantinin tətbiq edilməsini “sanitar diktarura” adlandırır.

“Nice-Matin” qəzeti isə bildirib ki, şəhərdə koronavirusla mübarizə tədbirlərinə əməl olub-olunmamasını yoxlayan polis patrulları gücləndirilib. Onun məlumatına görə, səhər saatlarında polis əməkdaşları 90 yoxlama aparıb, nəticədə maskadan istifadə olunmaması səbəbindən 12 cərimə yazılıb. Nəşr qeyd edir ki, ümumilikdə Nitsanın sakinləri və qonaqları yeni qaydalara riayət edir.

Ən son məlumatlara əsasən, Fransada indiyədək 3,7 milyondan çox koronavirusa yoluxma halı qeydə alınıb, 86 mindən çox insan bu virusun qurbanı olub.