“Futbolda da 60 yaşlı kişilər özünü uşaq kimi aparır” - De Byazi

futbolda-da-60-yasli-kisiler-ozunu-usaq-kimi-aparir
Oxunma sayı: 2662

Azərbaycan milli komandası Avro-2024-ün seçmə mərhələsi çərçivəsində doğma meydanda İsveçi 3:0 hesabı ilə məğlub edib.

“Qafqazinfo” xəbər verir ki, yığmamızın baş məşqçisi Canni De Byazi matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Dünən kimsə bizə demişdi ki, biz Avstriya və Belçika matçında yaxşı oynamışdıq. Demişdim ki, futboldan başı çıxmayan, gic adam bunu görməyə bilər. Bu gün yaxşı başladıq, qol vurduq. Risk etmədik. İkinci yarıda özümüzü çətinliyə saldıq. Çox hücuma çıxırdıq. Meydanda ürəyimizi qoyduq. Ən yaxşı oyunumuzu göstərdik. Uşaqlar alqışa layiqdirlər. Təbii ki, başa düşürəm, milli uduzanda stadiona gedib onu dəstəkləmək çətindir. Amma elə uduzanda, gedib dəstək olmaq lazımdır. Tam ürəklə məşq edib, işləyirik. Hər oyunda 100 faizi meydanda qoyuruq.

- Bəziləri deyir ki, bu, Azərbyacan millisi tarixin ən yaxşısıdır. Razısınız?

- Bunu bilmirəm, siz məndən yaxşı bilərsiz. Əvvəl burada olmamışam. İndiki komandada yaxşı oyunçular var. Yerli liqada oynayanlar var, xaricə gedənlər də oldu. Yaxşı oyunçu olmaq üçün beyində hazırlıqlı olub, məqsəd uğrunda çalışmalısan. Bu baxımdan bizdə nəsə çatışmır. Mən bura gələndən yaxşı mənada dəyişiklik var. Oyunu taktiki baxımdan yaxşı idarə edirik. 10 nəfərlə bu gün sona qədər vuruşduq.

- Milli Avstriya və Belçikaya qarşı da Bakıda pis oynamamışdı, amma sonda 0:1 hesabı ilə uduzmuşduz. Bu gün isə qələbə qazandınız. Nəyi edə bildiz ki, qələbə alındı?

- Əsas fərq odur ki, yaratdığımız epizodlardan istifadə etdik. Bu gün ilk dəqiqələrdə iki qol vurduq. Avstriya ilə matçda iki qol epizodundan istifadə edə bilmədik. Effektiv olmalıyıq. Komanda inkişaf edir, bu, göz qabağındadır. Seçmə mərhələnin ən ağır qrupundayıq. Üçüncü yerdəyik. Düzdür, bazar günü vəziyyət dəyişə bilər. Amma biz Belçika ilə matça da yaxşı hazırlaşacağıq. Belçikaya qarşı Bakıda yaxşı oynamışdıq. Mən Azərbaycan millisinin azarkeşi olsaydım, bu hallara çox sevinərdim.

- Bir müddət əvvəl demişdiz ki, meşə salırsız və bunun ilk mərhələsindəsiz. Bu qələbə ilə ilk toxumları səpmiş oldunuz?

- Bu suala Belçika ilə matçdan sonra cavab verim. Çoxunuz oyuna baxmadan, nəticəyə baxıb danışırsız. Bu, doğru deyil. Deyirsiniz ki, indiki milli tarixin ən güclü komandasıdır. Amma bir neçə ay əvvəl uduzanda bizi pisləyirdiz. Futbolçulara təşəkkür elədim.

- Rövnəq Abdullayev bildirdi ki, bu qələbə Azərbaycan futbolunda dönüş olacaq və Belçika ilə görüşdən sizin üçün çox şey asılı olacaq. Siz özünüz özünüzlə müqavilə imzalayardız?

- Oyuna üç gün qalıb. Matçdan sonra baxıb görərik. 

- Üçüncü qolu Arif Əsədova təpik vuraraq qeyd etdiz. Bu, sizə olan tənqidlərə cavab idi, yoxsa necə?

- Ariflə münasibətimiz əladır. Dəyişiklikər zamanı müzakirə edirdik. Futbolda da 60 yaşlı kişilər özünü uşaq kimi aparır. Sadəcə sevincli alındı.