Füzulidə maşın traktora çırpıldı - 10-cu sinif şagirdi öldü

fuzulide-masin-traktora-cirpildi
Oxunma sayı: 561

Füzulidə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

“Qafqazinfo”nun məlumatın görə, hadisə ötən gecə rayonun Qayıdış qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini Ramil İbayev idarə etdiyi “VAZ 2107” markalı avtomobillə hərəkətdə olarkən qarşısında gedən traktorun qoşqusuna çırpılıb. Qəza nəticəsində minik avtomobilində sərnişin qismində olan sürücünün oğlu, 10-cu sinif şagirdi Zaur İbayev hadisə yerində dünyasını dəyişib.

Ağır xəsarətlər alan sürücü dərhal Füzuli Rayon Diaqnostika Mərkəzinə çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı