Gədəbəydə tikintiyə mane olan sakinlərlə bağlı - Rəsmi açıqlama

gedebeyde-tikintiye-mane-olan-sakinlerle-bagli
Oxunma sayı: 7561

Gədəbəyin Söyüdlü kəndində sakinlər süni göl tikintisinə mane olmağa çalışıblar.

“Qafqazinfo” xəbər verir ki, onlar gölün suyunun təsərrüfata və əkin sahələrinə ziyan vurduğunu deyiblər.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb. Qurumun Mətbuat xidmətindən bildirilib ki, tikintiyə müdaxilə edilib: “Bu gün günorta saatlarında Gədəbəy rayonu Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində inşa olunan süni gölün tikintisinə qanunsuz müdaxilə edib. Polis əməkdaşları tərəfindən qaydalara əməl etməyən şəxslərlə profilaktik iş aparılmaqla onlar ərazidən kənarlaşdırılıb”.

Araşdırma aparılır.