Gələn həftə İrana hücumlar bərpa oluna bilər

gelen-hefte-irana-hucumlar-berpa-oluna-biler
Oxunma sayı: 339

ABŞ və İsrailin İrana qarşı hərbi fəaliyyətləri yenidən aktivləşdirməyə hazırlaşdığı bildirilir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Axios” öz mənbələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, bölgədə gərginliyin yenidən artması ehtimalı gündəmdədir.

Məlumata əsasən, İran yaxın günlərdə, xüsusilə gələn həftənin əvvəlində yeni hücum dalğası ilə üzləşə bilər.

Qeyd edilir ki, ABŞ Prezidenti Donald Trampın yaxın çevrəsi mümkün hərbi zərbələrin bərpası ilə bağlı müxtəlif planlar hazırlayıb. Bununla belə, Ağ Ev hələlik yekun qərarını açıqlamayıb.

Ssenarilər arasında İran ərazisinə hava zərbələrinin intensivləşdirilməsi və nüvə proqramı ilə əlaqəli obyektlərdən zənginləşdirilmiş uranın çıxarılması məqsədilə xüsusi təyinatlı qüvvələrin cəlb olunacağı yerüstü əməliyyat ehtimalı da müzakirə olunur.

Eyni zamanda “NBC News”un daha əvvəl yaydığı xəbərə görə, Pentaqon mümkün əməliyyat üçün “Çəkic” adlı planı nəzərdən keçirir. Bu addımın 28 fevralda başladılan “Epik Qəzəb” əməliyyatının davamı və ya onun yerinə yeni format kimi tətbiq oluna biləcəyi qeyd edilir.