Gəncədə “Mercedes” aşdı - Xəsarət alanlar var+Foto

gencede-mercedes-asdi
Oxunma sayı: 939

Gəncə şəhərində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev prospektində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Nəticədə 2001-ci il təvəllüdlü İbrahim Mehdiyev, 2004-cü il təvəllüdlü Hüseyn Məmmədov və daha bir nəfər xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma başlanılıb.

Yunis Quliyev