Zelenski Melaniya Trampı təltif etdi

zelenski-melaniya-trampi-teltif-etdi
Oxunma sayı: 534

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin birinci xanımı Melaniya Trampı I dərəcəli “Knyaginya Olqa” ordeni ilə təltif edib. 

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Fərman Ukrayna prezidentinin saytında dərc olunub.

“ABŞ-nın birinci xanımı Melaniya Tramp I dərəcəli “Knyaginya Olqa” ordeni ilə təltif edilsin”, - 1079 nömrəli Fərmanda deyilir.

Zelenski ABŞ-nin birinci xanımını “Ukraynaya humanitar dəstəyə əhəmiyyətli şəxsi töhfəsinə, Rusiyanın nəzarəti altında olan Ukrayna ərazilərindən qanunsuz deportasiya edilmiş Ukrayna uşaqlarının və vətəndaşlarının xilas edilməsinə yönəlmiş fəal hüquqi müdafiə və xeyriyyəçilik fəaliyyətinə görə” mükafatlandırıb.

Xatırladaq ki, oktyabrın 27-dən noyabrın 1-dək Xerson vilayətinin Oleşki şəhərində Rusiya və Ukrayna arasında lokal atəşkəs elan edilib. Atəşkəs haqqında razılıq ABŞ-nin birinci xanımı Melaniya Trampın iştirakı ilə əldə edilib.