Gəncədə zavodda yanğın oldu - Yenilənib+Video

gencede-zavodda-yangin-oldu
Oxunma sayı: 2546

Gəncədə yanğın hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Vəli Xuluflu küçəsində qeydə alınıb.

Belə ki, Cihazqayırma zavodunda anidən yanğın olub. Hadisə yerinə FHN-in yanğınsöndürən avtomobiləri və canlı qüvvəsi cəlb olunub.

***

Yanğınla bağlı FHN məlumat yayıb.

Bildirilib ki, yağ çəlləklərində baş vermiş yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə söndürülüb.