Goranboyda ağır qəza - Ölən və yaralananlar var

goranboyda-agir-qeza
Oxunma sayı: 2960

Goranboyda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

“Qafqazinfo”nun xəbərinə görə, Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində “Opel” markalı minik avtomobilinin “Ford” markalı yük maşınına çırpılması nəticəsində 2 nəfər ölüb.

Qəza zamanı 3 nəfər, 2000-ci il təvəllüdlü Eldəniz Babayev,1988-ci il təvəllüdlü Murad Rəhimov və 2001-ci il təvəllüldü Elxan Qocayev isə ağır xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. 

Araşdırma aparılır. 

Elmar Əli