Görünüşünü tənqid edənlərə belə cavab verdi - Foto

gorunusunu-tenqid-edenlere-bele-cavab-verdi
Oxunma sayı: 7530

42 yaşlı braziliyalı supermodel, “Victoria's Secret”in keçmiş “mələyi” Adriana Limanın xarici görünüşü müzakirələrə səbəb olub.

O, ana olduqdan sonra qazandığı artıq çəkidən azad ola bilsə də, üzündəki şişkinlik, qaşlarındakı dəyişiklik açıq-aşkar görünür.

“Qafqazinfo” xəbər verir ki, sosial şəbəkə istifadəçiləri supermodelin müasir plastik cərrahiyyənin ən populyar trendlərindən biri olan “tülkü gözlər”ə müraciət etdiyini iddia edir. 

A.Limanın pərəstişkarları qeyd edirlər ki, supermodel cərrahi müdaxilədən öncə də vizit kartı olan “tülkü baxışı”na sahib olub və plastik əməliyyat gərəksiz idi.

A. Lima tənqidlərə səssiz qalmayıb. O, mətbəxdən makiyajsız fotosunu sosial media hesabında paylaşaraq, bunları qeyd edib:

“Bu, bir yeniyetmə qızın, iki məktəbəqədər uşağın, bir aktiv oğlanın, gəzməyi öyrənən bir yaşlı uşağın və üç itin yorğun anasının üzüdür... Qayğınıza görə təşəkkür edirəm”.