Göygöldə ağır yol qəzası olub.
“Qafqazinfo” xəbər verir ki, hadisə Bakı-Qazax-Gürcüstan beynəlxalq avtomobil yolunun Bəhrambağ-Yeni Qızılca ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, idarəetməni itirən “Mercedes” markalı avtomobil dəmir bariyeri qıraraq aşıb.
Nəticədə iki nəfər ölüb, daha iki nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Hadisə yerinə təcili tibbi yardım briqadası və yol polisi əməkdaşları cəlb olunub.
Yaralılar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
***
TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, bu gün saat 00:30 radələrində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 2 nəfər (kişi) Göygöl Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Müxtəlif bədən xəsarətləri alan şəxslərə ilkin tibbi xidmətlər göstərilib.
Pasiyentlər daha ixtisaslı tibbi xidmət almaq üçün Gəncə Şəhər Mərkəzi Xəstəxanasının nəzdindəki Abbas Səhhət adına xəstəxanaya təxliyə olunub.
Tibb müəssisəsinin müvafiq şöbəsində zəruri tibbi xidmətlər göstərilən 1 nəfərin müalicəsi davam etdirilir, vəziyyəti stabildir. Vəziyyəti qənaətbəxş qiymətləndirilən 1 nəfər isə ambulator müalicə üçün evə buraxılıb.
Yunis Quliyev


Son xəbərlər
Son Xəbərlər