Güləşçimiz DÇ-nin finalında

gulescimiz-dc-nin-finalinda
Oxunma sayı: 579

Azərbaycan sərbəst güləşçisi Arseniy Djioyev (86 kq) Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında finala yüksəlib.

“Qafqazinfo” xəbər verir ki, idmançı yarımfinalda gürcüstanlı Vladimir Qamkrelidzeni məğlub edib.

A. Djioyev finalda Kayl Deyklə (ABŞ) üz-üzə gələcək.