Gürcülər yenə ayaqda... - Görüntülər

gurculer-yene-ayaqda
Oxunma sayı: 4339

Tiflisdə parlament qarşısında etirazçılarla polis qüvvələri arasında qarşıdurma başlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS məlumat yayıb

Bildirilib ki, Gürcüstanın bir neçə müxalifət partiyası və onlarla qeyri-hökumət təşkilatının nümayəndələri Tiflisdə “Xarici agentlər haqqında" qanunun qəbuluna qarşı etiraz aksiyası keçirirlər.

Belə ki, etirazçılar parlament önündə quraşdırılmış səhnəyə çıxmağa çalışsalar da, buna nail ola bilməyiblər.

Hazırda aksiya davam edir.