Gürcüstan sülhməramlıları da Əfqanıstanı tərk edəcək

gurcustan-sulhmeramlilari-da-efqanistani-terk-edecek
Oxunma sayı: 1285

“NATO-dan sonra Gürcüstan hökuməti də alyansla razılaşdırılmış qrafikə uyğun olaraq bütün hərbi kontingentini Əfqanıstandan çıxaracaq”.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili “Facebook” səhifəsində yazıb.

“NATO bu ilin sentyabr ayına qədər Əfqanıstandakı missiyasını tədricən başa vurmaq qərarı verdi. Buna görə də, NATO ilə razılaşdırılmış qrafikə uyğun olaraq Gürcüstan bölmələri də Əfqanıstandan çıxacaq”, - deyə gürcü Baş nazir qeyd edib.

Qaribaşvili bildirib ki, hazırda Əfqanıstanda Gürcüstanın 860 sülhməramlısı xidmət edir. O, hər bir hərbçiyə təşəkkürünü bildirib.

Xatırladaq ki, Gürcüstan NATO-nun Əfqanıstandakı sülhməramlı missiyasında 2004-cü ildən iştirak edir.