Gürcüstanda elektrik enerjisinin kütləvi şəkildə kəsilməsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Mtavari” telekanalı yayıb.
Bildirilib ki, hazırda Tbilisi, Qori, Batumi, Poti, Borjomi, Kutaisi, Zuqdidi və digər şəhərlərin bir hissəsində işıq yoxdur.
“RİA Novosti” isə “Telmiko” elektrik paylayıcı şirkətdəki mənbəyə istinadən bildirib ki, elektrik enerjisinin kəsilməsi genişmiqyaslı qəza ilə bağlıdır.