Gürcüstandan Ukrayna ilə bağlı yeni qərar

gurcustandan-ukrayna-ile-bagli-yeni-qerar
Oxunma sayı: 1991

Gürcüstan hakimiyyəti Ukrayna vətəndaşlarının ölkədə vizasız qalma müddətini üç ildən bir ilə endirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə sərəncam imzalanıb.

“Ukrayna vətəndaşlarının Gürcüstana vizasız daxil olmaq və 1 il ərzində ölkədə qalmaq hüququ var”, - deyə məlumatda bildirilir.

Vurğulanır ki, bu il fevralın 24-dən əvvəl Gürcüstana daxil olmuş ukraynalılar burada qalma müddətini 2026-cı il fevralın 24-dək uzada biləcəklər.

Qeyd edək ki, 2023-cü ildə Gürcüstanda ukraynalılar üçün vizasız qalma müddəti bir ildən iki ilə, keçən il isə iki ildən üç ilə uzadılmışdı.