Hadisə biznesmen sevgilisinə ərə gedir - Video

hadise-biznesmen-sevgilisine-ere-gedir
Oxunma sayı: 3411

Türkiyəli müğənni Hadisə biznesmen sevgilisi Mehmet Dinçerlerlə ailə həyatı qurmağa hazırlaşır.

Bu barədə “Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir.

Cütlüyün evlənmə xəbərinin çıxmasına səbəb Hadisənin instaqramda son paylaşdığı video olub.

“Bizim hekayəmiz indi başlayır”, - deyə müğənni yazıb. Onun əlindəki üzük də diqqətdən qaçmayıb.

Hadisə instaqramda etdiyi digər paylaşımda isə “I said yes” (Mən “hə” dedim-red.) cümləsi ilə sevgilisi Mehmet Dinçerlerin evlilik təklifinə müsbət cavab verdiyini bəyan edib.

Hadisənin üzüyünün qiyməti isə 3 133 280 türk lirəsi (396 696,75 AZN) təşkil edir.