“Sabah”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində İsrailin “Hapoel” klubunu 5:2 hesabı ilə darmadağın edərək liqa mərhələsinə adlaması beynəlxalq idman mətbuatının əsas mövzularından birinə çevrilib.
“Qafqazinfo” xəbər verir ki, Masazır təmsilçisinin imza atdığı bu böyük uğur dünya mediasının diqqətindən yayınmayıb.
Belə ki, İspaniyanın nüfuzlu “Marca”, İtaliyanın “CBS Sports Golazo”, Qazaxıstanın “QazSport”, Ukraynanın “Tribuna”, məşhur “ESPN” və digər aparıcı idman nəşrləri Azərbaycan çempionunun parlaq qələbəsini rəsmi sosial şəbəkə hesablarında geniş işıqlandırıblar.
Son xəbərlər
Son Xəbərlər