Hande ilə Onur sevgili oldu

hande-ile-onur-sevgili-oldu
Oxunma sayı: 4153

Türkiyənin tanınmış aktrisası Hande Doğandemirlə tanınmış aktyor Onur Tuna sevgi münasibətinə başlayıblar.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Belə ki, H.Doğandemir ötən gün sosial şəbəkədə etdiyi paylaşımla diqqət çəkib. Güzgü qarşısında selfi çəkən 36 yaşlı aktrisanın telefonunun arxasındakı fotoda Tunanın olduğu iddia edilib.

Bildirilir ki, ortaq dostları sayəsində yaxından tanış olan cütlüyün dostluğu qısa müddətdə eşqə çevrilib.