Xəbər verdiyimiz kimi, Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu Əsgər Musayev Cəbrayıl rayonunda minaya düşərək həlak olub.
“Qafqazinfo”nun məlumatına görə, hazırda doğulduğu Lənkəran şəhərində mərhumla vida mərasimi keçirilir.
Vida mərasimində hərbi qulluqçular, rayon rəsmiləri, ictimaiyyət nümayəndələri, mərhumun yaxınları iştirak edib.
***
Əsgər Musayevlə vida mərasimi başa çatıb. O, doğulduğu Göyşaban kənd qəbiristanlığında dəfn olunub.
Surxay Şahbazov