Həm kədər var, həm qürur... - Fotolar

hem-keder-var-hem-qurur
Oxunma sayı: 5490

Bu gün Xocalı faciəsinin 32-ci ildönümüdür.

“Qafqazinfo” xəbər verir ki, bununla əlaqədar olaraq Azərbaycan xalqı soyqırımı qurbanlarının xatirəsini anmaq üçün Bakıdakı “Ana harayı” abidəsini ziyarət edir.

Səhər saatlarından başlayaraq minlərlə insan abidənin önünə gül-çiçək düzərək faciə qurbanlarının xatirəsini anır.

Burada müxtəlif idarə və təşkilatların kollektivlərini, Xocalı sakinlərini, Qarabağ müharibəsi veteranlarını, qaziləri, əllərində yaxınlarının şəkillərini tutmuş şəhid ailələrini, hərbçiləri, hüquq-mühafizə orqanlarının əməkdaşlarını, hər yaşda olan insanları, o cümlədən gəncləri, məktəbliləri görmək olar. 

Budəfəki anım mərasimində kədərlə yanaşı, qürur hissləri də yaşanır. Rəşadətli ordumuz Qarabağı düşməndən azad edib, ölkəmizin ərazi bütövlüyü, suverenliyi tam bərpa olunub, şəhidlərimizin, eləcə də Xocalı qətliamı qurbanlarının qanı yerdə qalmayıb.

Fotolar: Xəyal Vəlizadə, Pərvin Zeynal