Bakının Nizami rayonunda su borusunun partlaması nəticəsində küçəni su basıb.
“Qafqazinfo” Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Cəmşid Naxçıvanski küçəsi, 458 ünvanında baş verib.
Güclü təzyiqlə yerdən fontan vuran su qısa müddətdə yolu su altında qoyub, küçə boyu axın yaranıb. Bundan əlavə, nəqliyyatın hərəkəti çətinləşib.
Sakinlərin bildirdiklərinə görə, hadisə səhər saatlarından baş verib və əraziyə baxış keçirilsə də, problem aradan qaldırılmayıb.
***
İri Şəhərlərin Su Təchizatı Xidməti məsələ ilə bağlı açıqlama yayıb.
Bildirilib ki, qeyd olunan ərazidəki məsələ aradan qaldırılır:
“Məhəllədaxili su borusunda qəza baş verməsi ilə bağlı saat 07:39-da rayon sukanal idarəsinə məlumat daxil olan kimi, qəza briqadası həmin ərazidə olub, 08:20-də su axıntısının qarşısı dərhal alınıb və hazırda qəza aradan qaldırılmaqdadır”.
Son xəbərlər
Son Xəbərlər