Polis motosikleti təhlükəli sürən şəxsi saxladı

polis-motosikleti-tehlukeli-suren-sexsi-saxladi
Oxunma sayı: 657

Paytaxt ərazisində motosiklet sürücüsünün yol hərəkəti qaydalarını kobud şəkildə pozmasına dair sosial şəbəkələrdə yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.

Bakı şəhər DYPİ-dən “Qafqazinfo”ya bildirilib ki, keçirilən tədbirlərlə nəqliyyat vasitəsini idarə edən 2008-ci il təvəllüdlü Amin Məmmədov müəyyən edilərək saxlanılıb.

Onun barəsində hüququ məsuliyyət tədbirləri görülür.