Həmin gəmidə 17 hindli var imiş - Yenilənib

hemin-gemide-17-hindli-var-imis
Oxunma sayı: 7027

İran İslam İnqilabı Keşikçiləri Korpusu (Sepah) Hörmüz boğazında konteyner gəmisini ələ keçirib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ələ keçirilən, Portuqaliya bayrağı altında üzən “MCS Aries” konteyner gəmisi israilli milyarder Eyal Oferə məxsusdur.

Hadisənin İsraillə İran arasında gərginliyin artması fonunda baş verdiyi bildirilir.

***

“Times Now”un məlumatına görə, Hörmüz boğazında ələ keçirilən “MSC Aries” konteyner gəmisinin heyətində Hindistanın 17 vətəndaşı var.

Qeyd olunub ki, onların təhlükəsizliyini təmin etmək məqsədilə Dehli və Tehran arasındakı diplomatic kanallar əlaqə qururlar.