Həmin “lyuk”un qapağı bərpa edildi - Video

hemin-lyukun-qapagi-berpa-edildi
Oxunma sayı: 465

Abşeron rayon Xırdalan şəhərində minik avtomobillərinin düşdüyü kanalizasiya quyusuna yeni qapaq (və ya barmaqlıq) quraşdırılıb.

“Qafqazinfo” xəbər verir ki, şəhərin Heydər Əliyev prospektində - “Rahat Market”in qarşısında qəzalı vəziyyət yaradan quyuya aidiyyəti qurumların əməkdaşları baxış keçirilib. Bu gün ərzində yeni qapaq quraşdırılıb və hərəkət iştirakçılarının təhlükəsizliyi təmin edilib.

Qeyd edək ki, paytaxtda və ətraf ərazilərdə kanalizasiya quyularının, eləcə də digər kommunikasiya “lyuk”larının qapaq və barmaqlıqlarının oğurlanması hallarına tez-tez rast gəlinir. Bu kimi avadanlıqların əsasən metal toplayan şəxslər tərəfindən oğurlandığı deyilir.

Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə ərazidə təhlükə aradan qaldırılıb.