Misirdə magistral yolda baş verən oğurluq hadisəsi film səhnələrini xatırladıb. Pikapda olan şəxslər yüksək sürətlə hərəkət edən yük maşınının arxasına yaxınlaşaraq, bir neçə saniyə ərzində onun yük yerindəki əşyaları oğurlayıblar.
“Qafqazinfo” xəbər verir ki, hadisə başqa bir nəqliyyat vasitəsinin kamerası tərəfindən anbaan qeydə alınıb.
Görüntülərdə pikapın hərəkətdə olan yük maşınının arxasına və kor nöqtəsinə yaxınlaşdığı görünür. Pikapdakı şəxslər yük maşını ilə eyni sürətlə hərəkət edərək yük yerinə çıxıb, əşyaları götürərək öz avtomobillərinə atıblar.
Oğrular əməliyyatı cəmi bir neçə saniyə ərzində həyata keçiriblər. Yük maşınının sürücüsü isə baş verənlərdən xəbərsiz şəkildə yoluna davam edib.
Görüntülərin sosial mediada yayılmasından sonra hadisə böyük maraq doğurub.
Məlumata görə, təhlükəsizlik qüvvələri görüntülər əsasında hadisə ilə bağlı araşdırmaya başlayıb.
Son xəbərlər
Son Xəbərlər