Hörmüzdən asılılığı bu yolla azaltmaq istəyirlər

hormuzden-asililigi-bu-yolla-azaltmaq-isteyirler
Oxunma sayı: 588

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Hörmüz boğazından asılılığı azaltmaq üçün yeni neft kəmərini istismara verməyi planlaşdırır.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, ölkə 2027-ci ilə qədər Füceyra limanı üzərindən neft ixracını ikiqat artırmağı nəzərdə tutur.

Bu məqsədlə, BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ADNOC şirkətinə “Qərb-Şərq Boru Kəməri” layihəsini sürətləndirməyi tapşırıb.

Qeyd edək ki, hazırda Körfəz ölkələrindən yalnız BƏƏ və Səudiyyə Ərəbistanı Hörmüz boğazından yan keçən boru kəmərlərinə malikdir. BƏƏ-də fəaliyyət göstərən Əbu-Dabi xam neft boru kəməri gündəlik 1,8 milyon barelə qədər neft ötürə bilir. Bu kəmər ölkəyə Hörmüz boğazından keçmədən Oman körfəzi üzərindən birbaşa ixrac imkanı yaradır.