Hürrəm Sultanın portreti 126 minə satıldı - Fotolar

hurrem-sultanin-portreti-126-mine-satildi
Oxunma sayı: 3079

Osmanlı hökmdarı Qanuni Sultan Süleymanın arvadı Hürrəm Sultanın portreti İngiltərənin paytaxtı Londonda hərracda satılıb.

“Qafqazinfo” xəbər verir ki, “Sotheby’s’”ın keçirdiyi hərracda portret 126 min funt sterlinqə alıcı tapıb.

Əsərin XVI əsrin sonu-XVII əsrin əvvəllərində çəkildiyi güman edilir.  

Portret 70 min funt sterlinqə satışa çıxarılıb, hərracda qiyməti yüksələrək, 126 minə çatıb.