ABŞ-da yaşayan həmyerlimiz Hüseyn Əliyev MMA döyüş növündə növbəti görüşünə çıxıb.
“Qafqazinfo” xəbər verir ki, “Azəri döyüşçü” ləqəbi ilə çıxış edən idmançımız nüfuzlu UFC-yə (Qarışıq Döyüş Növləri üzrə Çempionat) vəsiqə qazanmaq uğrunda Hyustonda keçirdiyi döyüşdə “Güllə” ləqəbli amerikalı idmançı Andres Quintina ilə qarşılaşıb.
Olduqca gərgin keçən görüşdə qalib hakimlərin seçimi ilə müəyyənləşib. Hakimlərin qərarı ilə azərbaycanlı idmançı döyüşün qalibi elan olunub.
Görüş “Fury FC 57” çempionatı çərçivəsində baş tutub. Bu çempionat məşhur UFC yarışlarına keçid yarışı hesab olunur.
Qeyd edək ki, idmançımız bu görüşə qədər qarışıq döyüşlər üzrə 17 dəfə meydana çıxıb. O, bu döyüşlərdən 12-dən qalib gəlib, dördündə məğlub olub, birində isə heç heç-heçə etmişdi.
Eldar Tanrıverdi
Son xəbərlər
Son Xəbərlər