İbrahim Məmmədova yeni vəzifə verildi

ibrahim-memmedova-yeni-vezife-verildi
Oxunma sayı: 10396

Bu gün prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini vəzifəsindən azad edilən İbrahim Məmmədova yeni vəzifə verilib.

"Qafqazinfo" AzNews.az-a istinadən xəbər verir ki, İ.Məmmədov “Region TV”də Sosial-Analitik Məsələlər üzrə sədr müavini postuna təyin edilib.

“Region TV”nin mətbuat xidmətinin rəhbəri İsmayıl Həsənov məlumatı təsdiqləyib. Bildirib ki, İ.Məmmədov peşəkar televiziyaçı olduğu üçün kanal  tərəfindən ona sözügedən vəzifə təklif edilib və o da təklifi qəbul edib.