Türkiyənin tanınmış müğənnisi İbrahim Tatlısəs növbəti dəfə əməliyyat olunacaq.
“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, İ.Tatlısəs bunu 20 ildən sonra konsert verdiyi “Harbiye” səhnəsində açıqlayıb.
Ürəyindən əməliyyat olunacağını bildirən 72 yaşlı müğənni göz yaşlarını saxlaya bilməyib.
“Ürək qapağım dəyişəcək, haqqınızı halal edin. Masadan qalxa bilməsəm, mahnılarımı dinləyin”, - Tatlısəs deyib.
Qeyd edək ki, İbrahim Tatlısəs 14 mart 2011-ci ildə İstanbulun Maslak ərazisində “İbo Show” proqramından çıxarkən köməkçisi Buket Çakıcı və sürücüsü Hakan Çalışkan ilə birlikdə 5 nəfərin silahlı hücuma məruz qalmışdı. Hadisədən sonra sənətçinin səhhətində ciddi problemlər yaranıb.