İcra başçısı şəhid atasını ziyarət etdi - Fotolar

icra-bascisi-sehid-atasini-ziyaret-etdi
Oxunma sayı: 812

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov 44 günlük Vətən müharibəsi zamanı şəhid olan Elşad Fərəcullayevin atası İsa Fərəcullayevi ziyarət edib.

“Qafqazinfo” xəbər verir ki, icra başçısı şəhid atasının səhhətində yaranan problemin nəzarətə götürülməsini tapşırıb.

Belə ki, İsa Fərəcullayev Abbas Səhhət adına 1 saylı xəstəxanaya yerləşdirilib. Niyazi Bayramov aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib və şəhidin atasına Allahdan şəfa diləyib. Şəhər rəhbəri eyni zamanda sözügedən xəstəxanada müalicə alan şəhid ailələri və müharibə iştirakçıları ilə də görüşüb.

Qeyd edək ki, Fərəcullayev Elşad İsa oğlu 8 noyabr 2020-ci ildə Şuşa istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. O, 17 noyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilib. Elşad Fərəcullayev Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.