İcra başçısı Yasamal sakinləri ilə bir arada - Fotolar

icra-bascisi-yasamal-sakinleri-ile-bir-arada
Oxunma sayı: 1530

Yasamal rayonunda sakinlər üçün mart ayı üzrə növbəti səyyar qəbul keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, RİH-in vəzifəli şəxsləri, bələdiyyə, MKTB və xidmət sahələrinin rəhbərləri də iştirak ediblər.

Elşad Həsənov sakinlərdən təklif və müraciətləri bərədə ətraflı danışmağı xahiş edib.

Sakinlər Yasamal rayonununda küçələrin işıqlandırılması, iş, mənzillərin su ilə təchizatı, yolların asfalt örtüyünün yenilənməsi, ev təmirinə yardım, sahibkarlıq obyektlərinin fəaliyyəti, sosial yardım və müxtəlif məsələləri əhatə edən digər mövzular qaldırıblar.

İcra başçısı Elşad Həsənov qəbul zamanı müraciət edən rayon sakinlərini dinləyərək onların problemlərinin aradan qaldırılmasına dair RİH əməkdaşlarına bir sıra konkret göstərişlər verib.

İcra başçısı, həmçinin sakinləri maraqlandıran suallara ətraflı cavab və izahatlar verib.

Qəbul zamanı bəzi məsələlər yerindəcə həll edilib, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq həll edilməsi üçün icraata götürülüb.