Ağstafa RİH başçısı Seymur Orucov qəbul imtahanlarında yüksək bal toplayaraq tələbə adı qazanan ağstafalı abituriyentlərlə görüşüb.
“Qafqazinfo” xəbər verir ki, görüşdə yüksək bal toplayan abituriyentlər, valideynlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
RİH başçısı abituriyentlərə dövlət tərəfindən onlar üçün yaradılan yüksək şəraitdən maksimum yararlanaraq göstərdikləri əzmkarlıq və çalışqanlığa görə təşəkkür edib, gələcək hədəflərinə çatmaq üçün onların daha böyük uğur və müvəffəqiyyətlər qazanacaqlarına əmin olduğunu bildirib.
Digər çıxış edənlər – Ağstafa Təhsil sektorunun müdiri Mədət Zeynalov, rayon ictimaiyyətinin nümayəndəsi, şair Rüfət Axundlu, eləcə də buraxılış imtahanında maksimum 300, ümumilikdə 669 bal toplayan İsgəndərli Həcər Emil qızı və qəbul imtahanında 682 bal toplayaraq yüksək nəaliyyət əldə edən abituriyent Axundov Nurlan Saleh oğlu ölkəmizdə elmə, təhsilə göstərilən yüksək diqqət və qayğıdan söz açıblar.
RİH başçısı abituriyentləri Fəxri fərman və hədiyyələrlə təltif edib.
Son xəbərlər
Son Xəbərlər