Almaniyada silahlı insident - Yaralananlar var

almaniyada-silahli-insident
Oxunma sayı: 572

Almaniyanın Bavariya əyalətinin Berhqau icmasında baş verən atışma nəticəsində iki nəfər xəsarət alıb.

“Qafqazinfo” “Bild” qəzetinə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları sakinlərdən evlərini tərk etməməyi xahiş edib.

Atəş səsləri barədə ilk məlumatlar yerli vaxtla saat 14:00 radələrində daxil olub. Hadisədən dərhal sonra polis ərazini mühasirəyə alıb və əməliyyata helikopter cəlb edilib. Hadisənin digər təfərrüatları hələlik açıqlanmır.