“Sammitdə Azərbaycan və Rusiya liderləri ilə təmaslarımız olacaq” - Paşinyan

sammitde-azerbaycan-ve-rusiya-liderleri-ile-temaslarimiz-olacaq
Oxunma sayı: 540

Ermənistanın Baş naziri Nikol Paşinyan Türkmənistanda MDB sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya lideri Vladimir Putinlə təmaslarının olacağını istisna etməyib.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, N.Paşinyan bu barədə brifinqdə danışıb. 

“Bu gün, sabah birlikdə eyni məkanda olacağıq və bu cür formatlarda təmaslar olur. Lakin rəsmi görüşlər planlaşdırılmır. Lakin proses zamanı belə bir zərurətin olduğu aydınlaşarsa, ola bilsin ki, rəsmi görüş də olsun. Lakin təmaslar, söhbətlər olacaq”, - deyə Ermənistan Baş naziri bildirib.